Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda dolların məzənnəsi daha 300 tümən artaraq, 18 min tümənə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda dolların məzənnəsi daha 300 tümən artaraq, 18 min tümənə çatıb

İranda dolların məzənnəsi daha 300 tümən artaraq, 18 min tümənə çatıb


Mayın 20-də İranda ABŞ dollarının məzənnəsi ötən günlə müqayisədə daha 300 tümən artaraq, 18 min tümənə çatıb.



Yayılan məlumatlara əsasən, bu gün axşam saatlarına yaxın, İranın valyuta dəyişmə məntəqələrində və qara bazarda hər ABŞ dolları 18 min tümən qarşılığında mübadilə edilib. Dünən isə hər ABŞ dollarının dəyəri 17 min 700 tümən civarında idi.



Bununla da, son bir ay ərzində İranda dolların məzənnəsi 2000 tüməndən çox bahalaşıb.



İranda dolların məzənnəsinin gedikcə artmasının səbəbi isə, son iki ay yarımda koronavirusun ölkədə geniş yayılması, neft qiymətinin kəskin ucuzlaşması, hökumətin iqtisadi baxımdan iflasa uğraması, eləcə də İranın valyuta və qızıl bazarlarında qiymətlərin davamlı olaraq enib-qalxması ilə əlaqələndirilir.



İranın iqtisadi dairələrində dolların qiymətinin qarşıdan gələn aylarda 25 min tümənə qədər artacağı proqnozlaşdırılır.

Geri dön