Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Ruzbeh Piri 3 ay həbs cəzasına məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəal Ruzbeh Piri 3 ay həbs cəzasına məhkum edilib

Milli fəal Ruzbeh Piri 3 ay həbs cəzasına məhkum edilib


Güney azərbaycanlı milli-mədəni fəal, Təbriz sakini olan Ruzbeh Piri məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.





Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Pirini “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.





Türk fəal daha öncə Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 10 ay həbs cəzasına məhkum edilmişdi.





Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.





Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.



Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.




Ruzbeh Piri hazırda hüquq ixtisası üzrə təhsil alır.

Geri dön