Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika İranın keçmiş ETTELAAT nazirinə qarşı sanksiya qoyub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Amerika İranın keçmiş ETTELAAT nazirinə qarşı sanksiya qoyub

Amerika İranın keçmiş ETTELAAT nazirinə qarşı sanksiya qoyub


Amerika hökuməti İranın keçmiş ETTELAAT naziri Əli Fəllahiyana qarşı sanksiya qoyub.



ABŞ dövlət katibi Mayk Pompeo mayın 20-də mediaya açıqlamasında Əli Fəllahiyanı 1989-1997-ci illərdə Amerika və İsrailə qarşı həyata keçirilən bir neçə terror hücumunda, İsraildə bir sərnişin avtobusuna qarşı gerçəkləşdirilən terror aktında yəhudi əsilli amerikalı tələbə Alisa Flatow-nu qətlə yetirməkdə və Argentinanın paytaxtı Buenos-Ayresdə fəaliyyət göstərən yəhudilər mərkəzində baş verən partlayışda günahlandırıb.



İran rejiminin bir neçə yüksək vəzifəli rəsmisinin, o cümlədən də o vaxtkı ETTELAAT naziri Əli Fəllahiyanın birbaşa göstərişi və tapşırığı ilə yəhudilərin Buenos-Ayresdəki mərkəzinə qarşı həyata keçirilən terror aktı nəticəsində 80-ə yaxın günahsız insan həyatını itirmiş, onlarla nəfər isə yaralanmışdı.

Geri dön