Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” İstifadəyə verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İstanbulda “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” İstifadəyə verilib

İstanbulda “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” İstifadəyə verilib


İstanbulda inşa edilən “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” istifadəyə verilib.

Mayın 21-də keçirilən açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yaponiyanın Baş Naziri Şinzo Abe iştirak ediblər.

Açılış mərasimində çıxışı zamanı İstanbulun səhiyyə sistemində mərkəzi bir mövqedə olduğunu ifadə edən Türkiyə Prezidenti bu şəhərin eyni zamanda beynəlxalq sağlamlıq mərkəzinə də çevrildiyini bildirib. “Bu gün biz dərin köklü və çoxşaxəli Türk-Yapon dostluğuna yeni bir əlaqə əlavə edirik”, - deyən Rəcəb Tayyib Ərdoğan bu xəstəxananın yalnız xarici görünüşü baxımından deyil, həm də texnoloji infrastrukturu, yerləşməsi, imkanları və digər xüsusiyyətləri ilə İstanbulun qürurverici memarlıq abidələrindən biri olacağını vurğulayıb.

COVID-19 pandemiyası ilə mübarizə barəsində danışan Türkiyənin dövlət başçısı artıq mayın 20-dən etibarən ölkədə yoluxanların sayının 1000-dən aşağı olduğunu, normallaşma ilə əlaqədar addımların atıldığını, lakin, qabaqlayıcı tədbirlərin davam etdirildiyini deyib. Rəcəb Tayyib Ərdoğan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi yardım göndərildiyini və bu yardımların davam etdiyini bildirib.

Telekonfrans vasitəsilə tədbirdə iştirak edən Yaponiyanın Baş Naziri çıxışı zamanı sağlamlığın rəmzi olan Çam adını daşıyan xəstəxananın və Yaponiyanın simvolu olan sakuranın İstanbul xalqına sağlamlıq gətirməsini diləyib. O, Türkiyənin COVID-19-la mübarizəsinin olduqca uğurlu olduğunu bildirib.

Dünyanın qabaqcıl tibb mərkəzlərindən biri olacaq bu xəstəxana 1 milyon 21 min kvadratmetr sahədə inşa edilib. 107 şöbədən ibarət tibb müəssisəsi bir gündə 35 min ambulator və 7 min stasionar xəstəyə xidmət edəcək, eləcə də 500 xüsusi əməliyyat keçirmə gücünə malikdir. Xəstəxanada mövcud olan 2 min 682 çarpayıdan 456-sı reanimasiya şöbəsinə aiddir.

İstanbul Hava Limanına yaxın ərazidə yerləşməsi də xəstəxananın infrastruktur baxımından əlverişli olduğunu göstərir.

Geri dön