Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Birliyindən İrana növbəti sanksiya
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Avropa Birliyindən İrana növbəti sanksiya

Avropa Birliyindən İrana növbəti sanksiya


Lüksemburqda məşvərət iclası keçirən Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyini açıqlayıblar. İqtisadi sahə ilə əlaqədar sanksiyalardan ən ağırı isə Avropa ölkələrinə İrana neft məhsullarının dəniz nəqliyyatında istifadə edilən yüksək tonnajlı tanker gəmilərin satışına qadağa qoyması olub. Sanksiyalardan sonra İranın onsuz da ağır vəziyyətdə olan neftçıxarma sənayesinin daha da çətin vəziyyətə düşəcəyi isə labüddür . Belə ki, İran çıxardığı neftin 90 faizini dəniz yolu ilə dünya bazarına ixrac edir. Hazırda İranın əlində olan tanker donanması ölkədən ixrac edilən neftin sadəcə 60 faizinin daşıma imkanına malikdir. Əldə olan tankerlərin çoxu isə 35-30 illik köhnə gəmilərdən ibarətdir.

Geri dön