Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə mayın sonunadək COVID-19 virusuna yoluxanların sayı 20 min nəfəri keçə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirdə mayın sonunadək COVID-19 virusuna yoluxanların sayı 20 min nəfəri keçə bilər

Misirdə mayın sonunadək COVID-19 virusuna yoluxanların sayı 20 min nəfəri keçə bilər


Misirdə mayın sonunadək COVID-19 virusuna yoluxanların sayı 20 min nəfəri keçə bilər. Bu bəyanat Prezident Əbdülfəttah əs-Sisinin keçirdiyi iclasda səslənib. Qeyd olunub ki, ölkədə yoluxma halları durmadan artır və epidemiyanın qarşısını almaq istiqamətində daha təsirli vasitələrdən istifadə edilməlidir.

Misirin Səhiyyə Nazirliyi son sutka ərzində ölkədə COVID-19 virusuna rekord sayda - 774 yoluxma halının qeydə alındığını bildirib. Məlumatda koronavirusa yoluxanların ümumi sayının 15003 nəfərə çatdığı qeyd olunub.

Mayın 21-də Misirdə COVID-19 virusundan 16 nəfər ölüb, həyatını itirənlərin ümumi sayı 696 nəfərə çatıb. Nazirliyin məlumatında əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 223 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 4217 pasiyent tam müalicə olunub.

Geri dön