Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mayın 21-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6887 test aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Mayın 21-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6887 test aparılıb

Mayın 21-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 6887 test aparılıb


Mayın 21-də Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6887 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 252496-ya çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, hazırda ölkəmizdə 1365 nəfər aktiv koronaviruslu xəstə var. Xəstələrdən 63 nəfəri reanimasiyadadır ki, onlardan da 13-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, mayın 21-də Azərbaycanda koronavirusa daha 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Bu günədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Geri dön