Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 51 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 51 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatıb

İranda daha 51 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 7300 nəfərə çatıb


İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 22-də mediaya açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikanı yayıb.



Cahanpur deyib ki, son bir gün ərzində İranda daha 51 nəfər koronavirusdan ölüb, 2311 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb: “Bununla da ölkədə bu günə qədər koronavirus pandemiyasından ölənlərin ümumi sayı 7300 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 131 min 652 nəfərə çatıb.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 102 min 276 nəfərə yüksəlib.



Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan və intensiv terapiya şöbələrində müalicə alan 2659 xəstənin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bəyan edib.







Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7300 nəfərə, yoluxanların sayının isə 131652 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” pandemiyasından ölənlərin sayının 45000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön