Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda koronavirusdan 2492 nəfər sağalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Özbəkistanda koronavirusdan 2492 nəfər sağalıb

Özbəkistanda koronavirusdan 2492 nəfər sağalıb


Bu günə olan məlumata görə, Özbəkistanda koronavirusdan 2492 nəfər sağalaraq, xəstəxanadan evə buraxılıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son iki sutka ərzində COVID-19-a yoluxanların sayı 128 xəstə artaraq 3078-ə çatıb. 573 nəfər müalicə olunur, 13 nəfər ölüb.

Cizzak, Qaşqadərya, Fərqanə və Surxandərya vilayətlərindən sonra Buxara vilayəti də koronavurusdan azad region elan olunub.

Ölkədə bu gündən parklar, muzeylər və sərgi salonları öz işini bərpa edib.

Geri dön