Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vesti.az erməni təbliğatına imkan vermədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vesti.az erməni təbliğatına imkan vermədi

Vesti.az erməni təbliğatına imkan vermədi


Dünən vesti.az saytında yayımlanmış “Ukrayna KİV-i Ukraya vətəndaşlarını “DQR”-də pul xərcləməyə dəvət edir” adlı yazıya reaksiya gəlib.

Yazıda adı keçən Ukraynanın travel.tochka.net saytı etdiyi yanlışlığa görə Azərbaycan xalqından üzr istəyib. Adıgedən yazı saytdan dərhal çıxarılıb.

Xatırladaq ki, tochka.net portalına daxil olan və əsasən turizm və səyahətlər mövzusunda yazan travel.tochka.net saytında Dağlıq Qarabağa turizm səfərləri reklam olunub və bu ərazi Azərbaycan ərazisi kimi göstərilməyib.

Bu gün Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev vesti.az-la əlaqə saxlayaraq bildirib ki, səfirlik tochka.net portalının rəhbərliyi ilə əlaqə saxlayaraq, onlara Azərbaycanın mövqeyini çatdırıb.

Babayevin dediyinə görə, saytın rəhbərliyi üzr istəyib və bildirib ki, Dağlıq Qarabağla bağlı saytda gedən fraqmentlər silinəcək. Az keçmiş həqiqətən də yazı saytdan yığışdırılıb.

Geri dön