Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək

Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək


Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək.

Bu haqda Baş nazir Eduard Filip merlər və siyasi partiyaların rəhbərləri ilə məsləhətləşdikdən sonra məlumat verib.

Bələdiyyə seçkilərinin birinci turundan 3 ay sonra 16,5 milyon seçici seçkilərin 2-ci turunda səs verməyə çağırılıb. Birinci turda mer seçilməyən 5 min kommunada seçkilər keçiriləcək.

Bununla belə, bələdiyyə seçkilərinin 2-ci turunun keçirilməsi ilə bağlı siyasi görüşlərindən asılı olmayaraq ziddiyyətli vəziyyət yaranıb. COVID-19 epidemiyasının kəskinləşdiyi təqdirdə bu qərara yenidən baxılacağı bildirilib.

E.Filip iki həftədən sonra yenidən sanitar vəziyyətin nəzərdən keçiriləcəyini qeyd edib.

Beləliklə 1-ci turda 55 faiz seçicinin iştirak etmədiyi seçkilərin 2-ci turunun seçki kampaniyasına start verilib.

Geri dön