Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son günlərdə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Son günlərdə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım

Son günlərdə Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayında daha bir rekord artım


Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində bir gündə 158 koronavirusa yoluxma faktı qeydə alınıb.





Bu rəqəm epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunur. Daha öncə ən yüksək yoluxma halı mayın 21-də 157 nəfər olaraq qeydə alınıb.





Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 4513 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 2008 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 204 nəfər olduğunu deyib.



.

Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2559 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 38 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1121 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 6 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 124 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 924 nəfərinin tam sağaldığını bildirib.

Geri dön