Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda daha 56 nəfər koronavirusdan ölüb, 2080 yeni “Covid-19” infekasiyasına yoluxma halı aşkar edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda daha 56 nəfər koronavirusdan ölüb, 2080 yeni “Covid-19” infekasiyasına yoluxma halı aşkar edilib

İranda daha 56 nəfər koronavirusdan ölüb, 2080 yeni “Covid-19” infekasiyasına yoluxma halı aşkar edilib


Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 27-də mediaya açıqlamasında “Covid-19” infeksiyası qurbanlarının yeni statistikasını açıqlayarkən məlumat yayıb.



Cahanpur deyib ki, son bir gün ərzində İranda daha 56 ölüm halı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 7567 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 141 min 591 nəfərə yüksəlib.



Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 111 min 176 nəfərə çatıb.



Təəssüflər olsun ki, koronavirusa yoluxan və hazırda intensiv terapiya şöbələrində müalicə alan xəstələrdən 2551 nəfərinin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.



Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 7567 nəfərə, yoluxanların ümumi sayının isə 141591 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 46000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.

Geri dön