Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: “Ölkədə 112 ruhani koronavirusdan ölüb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “Ölkədə 112 ruhani koronavirusdan ölüb”

İran rəsmisi: “Ölkədə 112 ruhani koronavirusdan ölüb”


Öz açıqlamasında bəzi ruhanilərin və dini mədrəsələrdə mollalıq dərsi alan şəxslərin “Covid-19” infeksiyasından ölənlərin cənazələrinə qüsl verilməsində və onların dəfninin təşkilində iştirak etdiyini bildirən Qulamrza Şəfizadə deyib ki, son üç ay ərzində İranda 112 axund koronavirusdan həyatını itirib: “Bizdə olan dəqiq məlumata əsasən, ölkədə 400 ruhani “Covid-19” infeksiyasına yoluxub və onlardan bu günə qədər 112 nəfəri də koronavirusdan ölüblər.



Həmçinin mövcud məlumatlara əsasən, ölkənin tibb mərkəzlərində və digər sahələrdə çalışan (xəstələrə dua oxuyan -red) 7 ruhani də koronavirusa yoluxaraq həyatlarını itiriblər və bizcə bu ruhanilər artıq şəhid sayılırlar” -deyə, Ruhanilərin Bəsic Təşkilatının rəisi axund Qulamrza Şəfizadə bəyan edib.

Geri dön