Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Serbiyanın nüfuzlu portalında 28 May - Respublika Günü barədə məqalə dərc edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Serbiyanın nüfuzlu portalında 28 May - Respublika Günü barədə məqalə dərc edilib

Serbiyanın nüfuzlu portalında 28 May - Respublika Günü barədə məqalə dərc edilib


Serbiyanın və Balkanların nüfuzlu “balkanin.com” portalında Azərbaycan tarixinin ən önəmli səhifələrindən olan 28 May - Respublika Günü barədə geniş məqalə dərc olunub.

Məqalədə çətin və mürəkkəb tarixi şəraitdə yaradılmış, qısa ömrü ilə müsəlman və şərq tarixinə qızıl hərflərlə yazılmış Azərbaycan Xalq Cümhuriyyətindən, habelə müasir dövlətimiz və onun keçdiyi uğurlu siyasi-iqtisadi həyatdan bəhs edilir.

Bildirilir ki, 102 il əvvəl 1918-ci il mayın 28-də Tiflisdə müsəlman Şərqinin ilk müstəqil dövləti olan Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti yaradılıb və "İstiqlal Bəyannaməsi" qəbul edilib. İyirmi üç aylıq varlığı zamanı bu dövlət Azərbaycan xalqı üçün azadlıq, müstəqillik, tərəqqi və vətənpərvərlik rəmzinə çevrilib. Milliyyətindən və cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi (qeyd etmək lazımdır ki, Azərbaycanda qadınlar səsvermə hüququnu bir çox qərb ölkələrində bu hal baş verməmişdən bir neçə il əvvəl əldə etmişdi), dövlətçiliyin atributlarının yaradılması, ana dilinin dövlət dili elan edilməsi və digər atılan vacib addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.

1991-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrinə əsaslanan Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa edib. Müstəqilliyinin bərpasından keçən 29 il ərzində Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın inkişaf strategiyası bir sıra məsələlərlə yanaşı, regionun ümumi inkişafına fəal töhfəsini verməkdədir.

Məqalədə qeyd olunub ki, hazırda multikultural ənənələrə sadiq Azərbaycanda müxtəlif dildə danışan və müxtəlif dini mənsublu xalqlar sülh şəraitində yaşamaqdadır. Ölkə bir çox beynəlxalq və regional layihələrə imza atıb.

Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı inkişaf yolunda böyük nailiyyətləri olan etibarlı tərəfdaş kimi qəbul edir. Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan ilə Serbiya arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, eyni zamanda, iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə uzunmüddətli və geniş imkanlar mövcuddur. İki ölkə rəhbərinin qarşılıqlı səfərləri, eləcə də müxtəlif səviyyələrdə baş tutan səfərlər əhəmiyyətli töhfə verir, Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradır.

Geri dön