Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək

Tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək


Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insanların çox olduğu ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da, əlbəttə, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüdləşdirə bilər.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, avtobusa minərkən, metropolitenə daxil olarkən üzlərinə maska taxan insanlarımız elə pilləkənlərdə, eskalatorda, yaxud vaqonda maskanı çıxarırlar. Qısamüddətli müşahidə bu dediklərimi tamamilə əsaslandıra bilər. Təsəvvür edin ki, karantin rejimi tamamilə aradan qaldırılır və iri ticarət məkanlarında, parklarda, kinoteatrlarda insanlar maskasız gəzirlər, sosial məsafə qorunmur və beləliklə də pandemiyanın ikinci dalğasının başlanmaq təhlükəsi yaranır. Gigiyena qaydalarına məhəl qoymayan, maskadan istifadə etməyən adamlar, sadəcə, öz səhhətlərinə etinasız yanaşmır, həm də ətrafdakı insanların sağlamlığını riskə atırlar. Bu səbəbdən də koronavirusa yoluxmaların sayının azaldılması və vəziyyətin nəzarətdə saxlanması üçün dövlət qurumları mövcud qanunvericilik çərçivəsində müvafiq addımlar atmağa məcbur qalıblar. Belə ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ictimai nəqliyyatda maskadan istifadə etməyən şəxslər 50-400 manat məbləğində cərimələnəcəklər. Qayda pozuntusunun təkrarlanacağı təqdirdə, belə şəxsi inzibati həbs gözləyəcək.

“İndidən artıq sosial şəbəkələrdə cərimələrlə bağlı manipulyasiya edənlərə bildirmək istərdim ki, Azərbaycanda tətbiq olunan bu cəzalar heç də sərt deyil”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, dünya ölkələrində ictimai yerlərlə yanaşı, nəqliyyatda da maskadan istifadə məcburidir və qaydanı pozanları böyük məbləğdə cərimələr gözləyir: “Məsələn, Rusiyada ictimai nəqliyyatda maskasız olan şəxsi 4 min rubl məbləğində cərimə gözləyir. ABŞ-da, Nyu-Yorkda avtobus və ya metroda maskasız şəxs 1000 dollar cərimə ödəməlidir. Fransada karantin rejiminin pozulması 150 avro, ictimai nəqliyyatda maskasız olmaq 135-150 avro arası cərimədir. Belçikada ictimai yerlərdə, xüsusən də ictimai nəqliyyatda maska taxmayanlar 250 avro məbləğində cərimə olunurlar. İspaniyada maskaya görə 300 avroya qədər, karantinə görə məhkəmə qərarı ilə 30 min avroyadək cərimələr tətbiq olunur. İtaliyada cərimələr 300-4000 avro arasında dəyişir. Eyni zamanda, Almaniyanın 16 əyalətindən 15-də maska taxmaq, məsafəli davranmaq kimi qaydalar tətbiq edilib. Həmçinin maskadan istifadə etməməyə görə Sloveniya və Slovakiyada insanları 30-150 avro, Yunanıstanda 40-150 avro və ya 6 aya qədər həbs gözləyir, Birləşmiş Ərəb Əmirliklərində cərimənin məbləği əmirliklərə görə dəyişərək 50 min dollara çatır. Təkrar pozuntuya görə 3 il həbs nəzərdə tutulub”.

Sədaqət Vəliyeva vurğulayıb ki, koronavirus dünyanın bütün ölkələrində tüğyan edən bəladır və ona etinasız yanaşmaq, o cümlədən ictimai yerlərdə və nəqliyyatda maskasız olmaq yolverilməzdir. “Mütəxəssislər və nüfuzlu ekspertlər qlobal miqyasda koronavirus pandemiyasının ikinci dalğasının yaşandığını deyirlər. Azərbaycanda da koronavirusa yoluxmalarla bağlı son günlərin statistikası göstərir ki, ölkəmizdə ikinci dalğa yetərincə realdır. Bu səbəbdən hər bir vətəndaşımız məsuliyyətli olmalı, şəxsi deyil, ümumi cəmiyyət, dövlət maraqlarını qorumaq naminə karantin qaydalarına riayət etməlidir. Ümid edirəm ki, tətbiq edilən pandemiya cərimələri karantin qaydalarına riayət olunmanı gücləndirəcək”, - deyə deputat əlavə edib.

Geri dön