Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib

İranın Yəzd şəhərində daha 2 bəhai həbs edilib


İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Yəzd şöbəsinin əməkdaşları hər iki bəhaini mayın 30-da həbs edərək naməlum istiqamətə aparıblar. Bildirilir ki, təhlükəsizlik qüvvələri bəhailəri tutarkən onları və ailə üzvlərini təhqir etmiş, onlara qarşı kobudluq nümayiş etdiriblər. Hər iki bəhainin mənzilində yolaxlama aparılmış, onlara məxsus bir sıra şəxsi əşyalar götürülüb.


Bildirilir ki, Mitra Bəndi Əmirabadi və Hiva Yəzdan Mehdiabadi bəhai dininə inandıqlarına görə bundan əvvəl də birlikdə həbs edilsələr də, sonradan mülki vəsiqə girovu qarşılığında azadlığa buraxılıblar.


Yayılan məlumata əsasən, bəhailərdən biri, Hiva Yəzdan Mehdiabadi 2018-ci ilin dekabr ayında uşaqlara pulsuz musiqi kursları keçirdiyi üçün həbs edilərək Yəzd həbsxanasına salınsa da, az sonra mülki vəsiqə qoyaraq sərbəst buraxılmışdı.


Tutulan bəhailərin hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.


Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası, bəhai dinini müstəqil bir din kimi tanımır. Məhz buna görə də, son 42 il ərzində İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.


İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə qədər yüzlərlə bəhai əsassız ittihamlarla edam edilib.

Geri dön