Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb

İranın anti-Azərbaycan “Səhər tv” telekanalı Qərbi Azərbaycanı “Kürdüstan” adlandırıb


Mayın 29-da Qərbi Azərbaycanın Sərdəşt (Sarıdaş) şəhərinin sərhəd məntəqəsində 3 azərbaycanlı sərhədçinin kürd terror qruplaşmaları tərəfindən öldürülməsi ilə bağlı xəbəri yayan “Səhər tv” kanalı Qərbi Azərbaycanı “Urmiyə əyaləti”, bəzən isə “Kürdüstan əyaləti” kimi qləmə verib.



“Səhər tv”inin yaydığı xəbərdə Sərdəştdə baş vermiş silahlı insident belə öz əksini tapıb: “İran İslam Respublikasının Kürdüstan əyalətinin Sərdəşt şəhərinin sərhəd zonasında baş vermiş silahlı qarşıdurmada 3 sərhədçimiz yaraqlı quldurlar tərəfindən şəhid edilib”.


İranın bir sıra hökumət agentlikləri də 3 azərbaycanlı sərhədçinin ölüm xəbərini yayarkən, “Səhər tv” telekanalı kimi Qərbi Azərbaycanı “Kürdüstan” əyaləti, Sərdəşt şəhərini isə Kürdüstan əyalətinin bir şəhəri kimi qələmə veriblər.



Qeyd edək ki, 23 ilə yaxındır fəaliyyət göstərən İranın “Səhər tv” telekanalı işə başladığı ilk gündən Azərbaycana qarşı yalan və dezinformasiya xəbərləri yayaraq, Azərbaycan Respublikasında radikal və xurafat dolu şiəliyi, eləcə də İranın özündə artıq iflasa uğramış üzdəniraq islam inqilabını təbliğ etməklə məşğuldur.



Xatırladaq ki, mayın 29-u yerli vaxtla saat 00:01 radələrində Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin 20 kilometrliyində yerləşən sərhəd məntəqəsində sərhədçilərlə naməlum kürd yaraqlı qruplaşmaları arasında silahlı qarşıdurma yaranıb.



Atışma nəticəsində milliyyətcə Güney Azərbaycan türkü olan 3 sərhədçi Taqı Bəhrəvər, Hadi Əbdi və Əlirza İslamdust güllə yarasından həlak olublar.

Geri dön