Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib

İranın Şuştər şəhərində 30-a yaxın ərəb fəalı həbs edilib


İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Şuştər şöbəsinin əməkdaşları mayın 28-i səhər saat 06:00-da Şuştərin “Əndişə”, “Ələmülhüda” və “Fərhəng” şəhərciklərinə hücum edərək 30-a yaxın ərəb fəalını tutub naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələrinin səhər saatlarında bu üç şəhərciyə gözləniməz hücumu və onların ərəb sakinlərinin mənzilində yoxlamalar aparması bu üç şəhərcikdə yaşayan əhalinin və ərəb fəallarının ailə üzvlərinin vahiməsinə səbəb olub.


Bildirilir ki, təhlükəsizlik qüvvələrinin hücumunda yerli ərəb fəallarından olduqları təxmin edilən Həkim Kəəbi, Əli Bədəvi, Məhəmməd Bədəvi, Həmid Zəqibi, Əyyub Tərfi, Amir Rəhimə, Həmid Əqili, Mustafa Əqili və adları hələlik mediaya bəlli olmayan daha 20-dən çox sakin həbs edilərək naməlum istiqamətə aparılıb.


Qeyd olunur ki, həbs edilənlər arasında Mustafa Əqilinin 15, Həmid Əqilinin isə 18 yaşı var. Həbs edilən ərəblərin hazırda harada saxlanılması və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.

Geri dön