Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirli nazir ölkədə koronavirusa yoluxanların sayının 100 mini ötəcəyi barədə xəbərdarlıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Misirli nazir ölkədə koronavirusa yoluxanların sayının 100 mini ötəcəyi barədə xəbərdarlıq edib

Misirli nazir ölkədə koronavirusa yoluxanların sayının 100 mini ötəcəyi barədə xəbərdarlıq edib


Misirin Ali Təhsil və Elmi Tədqiqatlar naziri Xalid Əbdül-Qafar bildirib ki, 105 milyondan çox əhalisi olan bu ölkədə gələcəkdə yeni növ koronavirusa yoluxanları sayı 100 min nəfəri keçə bilər. Nazir mayın sonunda Prezident Əbdülfəttah əs-Sisinin yanında keçirilən müşavirədə bəyan etmişdi ki, Misirdə koronavirus xəstələrinin sayı rəsmi rəqəmlərdə göstəriləndən daha çox – 71 min nəfərə yaxındır.

Misirin Səhiyyə Nazirliyi iyunun 1-də yeni növ koronavirusla bağlı vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1399 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 26 min 384 nəfərə çatıb. O əlavə edib ki, iyunun 1-də Misirdə daha 46 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1005 nəfərdir. Bundan başqa, sutka ərzində 410 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 6294 nəfərə çatıb.

Geri dön