Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb

Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb


Ukraynada koronavirusa yoluxma halları yenidən kəskin artıb. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada Ukraynada 483 nəfər koronavirusa yoluxub, 8 nəfər isə ölüb, 362 xəstə tam müalicə olunaraq evə buraxılıb.

Bununla da Ukraynada koronavirusa yoluxanların sayı 24 min 823 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 735 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 10078-i müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

Geri dön