Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan daxili aviareysləri bərpa edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Gürcüstan daxili aviareysləri bərpa edir

Gürcüstan daxili aviareysləri bərpa edir


Gürcüstan hökuməti iyunun 15-dən etibarən ölkədaxili aviareyslərin bərpasına icazə verib.

İlk olaraq Tbilisi-Batumi, Nataxtari-Mestia, Nataxtari-Аmbrolauri istiqamətləri üzrə uçuşlar yerinə yetiriləcək.

Qeyd edək ki, Gürcüstanda iyulun 1-dən isə beynəlxalq uçuşların bərpası nəzərdə tutulub.

Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava bildirib ki, artıq 30-dan çox beynəlxalq aviareysin bərpası istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, Gürcüstanda beynəlxalq müntəzəm aviareyslərə məhdudiyyətlər iyunun 30-dək qüvvədədir.

Geri dön