Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənistanda koronavirusa yoluxmuş 500-ə yaxın xəstənin vəziyyəti ağırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Ermənistanda koronavirusa yoluxmuş 500-ə yaxın xəstənin vəziyyəti ağırdır

Ermənistanda koronavirusa yoluxmuş 500-ə yaxın xəstənin vəziyyəti ağırdır


Ermənistanda koronavirusa yoluxmuş insanlardan 391-nin vəziyyəti ağır, 59-nun vəziyyəti isə çox ağırdır. Bundan başqa, 15 nəfər süni aparata qoşulub.

Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib.

Nazir deyib: “Bütün bunlar Ermənistanda əhalinin, xüsusən də sənaye komplekslərində çalışan insanların məsələyə laqeyd münasibəti ucbatından baş verir. Təcrübə göstərir ki, sənaye kollektivlərində aşkarlanan yoluxma halları sonradan xəstəliyin alovlanmasına yol açır”.

Qeyd edək ki, Ermənistanda Baş nazir Nikol Paşinyan da daxil olmaqla, 11 min 121 nəfər koronavirusa yoluxub.

Onlardan 176 nəfəri ölüb, 3468 nəfəri sağalıb.

Geri dön