Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb

Son sutka ərzində Misirdə “COVID-19” virusundan 40 nəfər ölüb


Misirin Səhiyyə Nazirliyi iyunun 5-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində “COVID-19” virusuna 1348 nəfər yoluxub. Beləliklə, ölkədə yoluxma halının sayı 31 min 115 olub.

O əlavə edib ki, son sutka ərzində Misirdə daha 40 nəfər yeni növ koronavirusun qurbanı olub. Həyatını itirən pasiyentlərin ümumi sayı 1166 nəfərdir. Bundan başqa, xəstəxanalarda müalicə olunan 402 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 8158 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirusa yoluxanların arasında Misir parlamentinin deputatı Hüseyn Aşmavi də var. O, “COVID-19” virusuna yoluxan ikinci deputatdır.

Geri dön