Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib

İranda son 24 saat ərzində 75 nəfər koronavirusdan dünyasını dəyişib


Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur son sutka ərzində COVİD-19 infeksiyasına 2269 yoluxma faktının qeydə alındığını, bununla da virusa yoluxanların ümumi sayının 169 425 nəfərə çatdığını deyib.


Onun sözlərinə görə, indiyədək xəstələrdən 132 038 nəfər tam sağalaraq evə buraxılıb.


Sözçü həmçinin qeyd edib ki, hazırda xəstələrdən vəziyyəti ağır olan 2578 nəfər intensiv terapiya şöbələrində öz müalicələrini davam etdirirlər.


Cahanpur sonda bu günə qədər ölkədə 1 milyon 60 min 126 koronavirus testinin həyata keçirildiyini deyib.

Geri dön