Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 6800 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 6800 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 6800 nəfərə çatıb


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 6 min 790 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 4 min 213 nəfər tam sağalaraq evlərinə göndərilib. Ağazadə infeksiyadan ölənlərin sayının 246 nəfər olduğunu deyib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 44 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verilməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1025 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 9 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 135 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 1000 nəfərinin tam sağaldığını bildirib.





Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm dünən verdiyi açıqlamada Güney Azərbaycanın bu əyalətində koronavirusa yoluxanların sayının 1108, infeksiyadan ölənlərin sayının 120 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 936 nəfər tam sağalaraq evlərinə göndərilib.

Geri dön