Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəallar Cəfər İsməilzadə və oğlu Təbriz zindanına aparılıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəallar Cəfər İsməilzadə və oğlu Təbriz zindanına aparılıblar

Milli fəallar Cəfər İsməilzadə və oğlu Təbriz zindanına aparılıblar


Məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq milli fəallar iyunun 6-də Təbriz Mərkəzi Zindanına aparılıblar.





Təbrizin Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi milli fəalların həbs cəzasını təsdiq etmişdi. Daha öncə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi “Sepah”ın təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.





Ata və oğul “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham olunublar. 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.





“Sepah” əməkdaşları fəalları saxladıqdan sonra İsməilzadə ailəsinin evinə də müraciət etmişdir. Onlar ailəni təhdid edərək ev sahibinə aid notbuk, kitab və daha bir neçə şəxsi əşyanı özləri ilə götürmüşdür.

Geri dön