Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yayıb

Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yayıb


İyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri Ağa Quliyev küçəsindəki 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Sumqayıt Şəhər Prokurorluğunun daxil olan məlumatında bildirilir ki, ətrafdakı insanların köməyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

T.Şıxkərimov könüllü gələrək təslim olaraq cinayətin aləti olan bıçağı istintaqa təhvil verib.

Şübhəli şəxs qismində tutulan T.Şıxkərimov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Geri dön