Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya parlamentinin yuxarı palatası ikinci əlavə büdcəni qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Yaponiya parlamentinin yuxarı palatası ikinci əlavə büdcəni qəbul edib

Yaponiya parlamentinin yuxarı palatası ikinci əlavə büdcəni qəbul edib


Yaponiya parlamenti koronavirus pandemiyasının iqtisadi təsirini yüngülləşdirmək məqsədilə cari maliyyə ilində ikinci əlavə dövlət büdcəsi barədə layihəni qəbul edib.

Parlamentin yuxarı palatası bu barədə qanun layihəsini iyunun 12-də bəyənib. Yeni paket özündə rekord miqdarda – 31,9 trilyon yen (təqribən 300 milyard dollar) vəsaiti əks etdirir. Bu paket zərərçəkmiş müəssisələrin icarə xərclərinin ödənməsinə köməyi və pandemiya nəticəsində gəlirləri azalmış əməkdaşlara subsidiyaların məbləğinin artırılmasını nəzərdə tutur.

Yuxarı palatanın büdcə komitəsində keçirilən müzakirələr zamanı Baş nazir Şinzo Abe deyib: “Hökumət hazırda turizm sahəsinin stimullaşdırılması planı üzərində çalışır. Ümid edirik ki, ikinci büdcədə yerli subsidiyalar üçün nəzərdə tutulan yardımlar regional iqtisadiyyatın bərpasına kömək göstərəcək”.

Ş.Abe hökumətin, həmçinin mədəniyyət və incəsənət sahələrinə yardım ayrılması imkanlarını araşdırdığını da bildirib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 18 mini ötüb. Onlardan 16 mindən çoxu sağalıb, 935 nəfər isə həyatını itirib.

Geri dön