Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə həbs edilən Vasiqi qardaşların azadlığa buraxılması üçün divarlara şüarlar yazılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə həbs edilən Vasiqi qardaşların azadlığa buraxılması üçün divarlara şüarlar yazılıb

Ərdəbildə həbs edilən Vasiqi qardaşların azadlığa buraxılması üçün divarlara şüarlar yazılıb


Yayılan məlumata əsasən, ərdəbilli fəallar iyunun 12-də şəhərin müxtəlif küçə və məhəllələrində divarlara fars və ingilis dillərində şüarlar yazaraq, Vasiqi azrdaşlarının dərhal azadlığa buraxılmasını tələb ediblər.



Ərdəbil divarlarında yazılan “Vasiqi qardaşlarına azadlıq”, “Təhlükəsizlik qüvvələrinin qeyri-insani rəftarına son qoyulsun” və “Ədalətsizliyə yox” şüarlarında, Vasiqi qardaşlaının qanunsuz olaraq həbsi pislənilərək, hökumət qüvvələrinin güney azərbaycanlı milli-mədəni fəallara qarşı zorakılığına son qoyulması tələb edilib.



Xatırladaq ki, ETTELAAT-ın Ərdəbil şöbəsinin əməkdaşları Vasiqi qardaşlarını iyunun 10-u, axşam saatlarında onların iş yerində tutub aparıblar. Qardaşların həbs olunmasından bir gün sonra, hökumət qüvvələri iyunun 11-i axşam saat 20:00-da onların reklam sahəsində fəaliyyət göstərən mağazasında axtarış aparmış, onlara məxsus noutbuku və bir sıra digər əşyaları özləri ilə aparıblar.



Şahidlərin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri Vasiqi qardaşlarını tutarkən, onlara qarşı zorakılıq tətbiq etmiş, vəhşicəsinə döyərək, təhqir ediblər. Həbs edilən qardaşların hazırda harada saxclanıldığı və onların konkret nədə günahlandırılması barədə hər hansı bir məlumat yayılmayıb.

Geri dön