Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son sutkada Misirdə COVID-19-a rekord sayda yoluxma qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Son sutkada Misirdə COVID-19-a rekord sayda yoluxma qeydə alınıb

Son sutkada Misirdə COVID-19-a rekord sayda yoluxma qeydə alınıb


Son sutkada Misirdə yeni növ koronavirusa rekord sayda - 1677 yoluxma qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi iyunun 13-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, ölkədə COVID-19 virusuna yoluxanların sayı 42 980 nəfərə çatıb. O əlavə edib ki, Misirdə daha 62 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1484 nəfərdir. Bundan başqa, son sutkada karantin xəstəxanalarında müalicə olunan 421 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların ümumi sayı 11 529 nəfərə çatıb.

Misir hökuməti iyunun 14-dən etibarən katantin rejimini iki saat qısaldıb. Lakin restoranların, barların, əyləncə məkanlarının, ticarət mərkəzlərinin və parkların bağlı olacağı bildirilib.

Geri dön