Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İmişlidə pandemiya əleyhinə tədbirlər daha da gücləndirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > İmişlidə pandemiya əleyhinə tədbirlər daha da gücləndirilib

İmişlidə pandemiya əleyhinə tədbirlər daha da gücləndirilib


İmişlidə koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və yayılmasının qarşısının alınması, həmçinin bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri davam etdirilir.

Bu gün rayonun Heydər Əliyev prospektində, 20 Yanvar, T.İsmayılov, M.Əsədov, S.Qazıyeva, A.Şadlinski, P.Həsənov, S.Fətəliyev və N.Savalanov küçələrində dezinfeksiya işləri aparılaraq, yollar xüsusi məhlullarla yuyulub.

Bununla yanaşı, parklar, ictimai iaşə obyektləri, yaşayış evləri və İmişli rayon Mərkəzi Xəstəxanası da dezinfeksiya olunub.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanası COVID – 19-la mübarizə üzrə Regional Karantin Xəstəxanası kimi fəaliyyət göstərir, ətraf rayonlardan koronovirus diaqnozlu xəstələr müalicə olunması üçün buraya göndərilir.

Virusa yoluxma hallarının qarşısını almaq məqsədilə əhali arasında mütəmadi maarifləndirmə işləri də aparılır. Onlarla gigiyenik qaydalara maksimum dərəcədə riayət etmələri, sosial məsafəni qorumaları ilə bağlı söhbətlər aparılır və İmişli rayonu ərazisində, xüsusilə açıq və qapalı məkanlarda maskasız gəzənlərə mütəmadi olaraq maskalar paylanılır.

Geri dön