Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəddafinin kiçik oğlu da öldürüldü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Qəddafinin kiçik oğlu da öldürüldü

Qəddafinin kiçik oğlu da öldürüldü


İnqlab vaxtı Xamis Qəddafi Zaviyə, Tripoli və Misrata şəhərlərində müxaliflərə istiqamətlənmiş əməliyyatarı idarə edib

İnqlab vaxtı öldüyü hesab olunan Liviyanın sabiq lideri Muammər Qəddafinin kiçik oğlu Xamis Qəddafi ötən gün Bəni Vəliddə ələ keçirilib. Daha əvvəl eyni əməliyyatda Qəddafinin mətbuat sözçüsü Musa İbrahimin də ələ keçirildiyi bildirilmişdi.

Qeyd edək ki, Muammər Qəddafini öldürən Ümran Şabanın öldürülməsindən sonra Azad Liviya ordusu Bəni Vəlidi mühasirəyə almış, daha sonra şəhər ağsaqqalları ilə danışıq yoluna gedərək şəhərə girmişdi.

Bir müddət sonra Xamis Qəddafinin ölüm xəbəri yayılmış, Liviya Milli Şurasının rəsmi məruzəçisi Ömər Hamidan oğul Qəddafinin atışma vaxtı ağır yaralandığını, Misrata şəhərinə nəql edilərkən öldüyünü bildirmişdi.

Xatırladaq ki, daha əvvəl sabiq rejimə qarşı xalq hərəkatı vaxtı Xamis Qəddafinin NATO ordusu tərəfindən öldürüldüyü bildirilmiş, cəsədinin tapılmaması isə onun həyatda olması barədə şübhələr yaratmışdı.

Qeyd edək ki, xalq hərəkatı vaxtı xüsusilə Zaviyə, Tripoli və Misrata şəhərlərində müxaliflərə istiqamətlənmiş əməliyyatarı Xamis Qəddafinin idarə etdiyi bildirilirdi.

Geri dön