Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar

Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar


Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları ölkədə elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozaraq rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində əyləncə məclisi təşkil edən 11 nəfər şəxsi məsuliyyətə cəlb edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən iyun ayının 14-dən 15-ə keçən gecə qaydaları kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin fəaliyyəti dayandırılıb, obyekt sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Geri dön