Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Misirdə COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Misirdə COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib

Misirdə COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib


İyunun 19-da Misirdə yeni növ koronavirusdan daha 79 xəstə vəfat edib və COVID-19 qurbanlarının sayı 2 min nəfəri keçib.

Misirin Səhiyyə Nazirliyi iyunun 19-də pandemiya ilə bağlı son vəziyyəti açıqlayıb. Məlumata görə, ölkədə yeni növ koronavirusa rekord həddə - 1774 yoluxma qeydə alınıb, ümumilikdə isə martın 16-dan bəri virusa yoluxanların sayı 52 min nəfərdən çoxdur. Həmçinin son sutka ərzində Misirin karantin xəstəxanalarında 400 nəfər sağalıb, xəstəlikdən şəfa tapanların sayı isə 13 min 928 nəfərdir.

Misirin İnformasiya naziri Üsamə Heykal bəyan edib ki, COVID-19 virusunun daşıyıcısı olan şəxslə təmasda olduğu üçün özünü ev şəraitində 14 gün təcrid edəcək. Bir neçə gün əvvəl ölkənin Şəhərsalma naziri Assim əl-Qəzzar də özü barəsində 14 günlük karantin rejimi elan edib. Bundan başqa, Misirin qibti xristian kilsəsinin dörd keşişinin COVID-19 virusundan vəfat etdiyi bildirilib.

Geri dön