Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Mərakeşdə koronavirus ən çox iki ispan şirkətində yayılıb
Mərakeşdə koronavirus ən çox iki ispan şirkətində yayılıb |
Mərakeşdə ən ciddi koronavirus ocaqları zəngin Laraş və Rabat kənd təsərrüfatı regionlarında çiyələk və digər meyvələrin istehsalı ilə məşğul olan iki ispan şirkətində aşkarlanıb.
Mərakeş Daxili İşlər Nazirliyi təkcə Sevilyanın “Friqador” şirkətinin zavodunda 457, “Navarra Natberri” zavodlarının birində isə 103 nəfərdə koronavirusa yoluxma halının qeydə alındığını təsdiqləyib. Vəziyyət o dərəcədə ciddidir ki, nazirlik fövqəladə hallar istisna olmaqla, ispan şirkətlərinin təmsil olunduğu yoluxma halları artan bölgədə kənd və şəhərlərə girişi tamamilə bağlayıb. Mərakeşin Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə bir sutkada koronavirusa yeni yoluxma hallarının sayı əvvəlki günlərlə müqayisədə yeddi dəfə artaraq 539-a çatıb. Bu koronavirus pandemiyası başlayandan bəri qeydə alınmış ən yüksək göstəricidir. Mərakeşdə karantin rejimi iyunun 10-dək uzadılıb. Geri dön |