Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan və Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Yaponiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ilə Yaponiyada hakim koalisiyada təmsil olunan Komeyto Partiyasının sədri, Yaponiya parlamentinin müşavirlər palatasının üzvü Natsuo Yamaquçi arasında keçirilən görüşdə iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı N.Yamaquçi G.İsmayılzadəni Azərbaycan Respublikasının Yaponiyaya fövqəladə və səlahiyyətli səfiri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

G.İsmayılzadə iki dost ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişafı üçün əzmlə çalışacağını bildirib.

Sonra səfir Azərbaycanın hazırki siyasi və iqtisadi durumu, ölkəmizdə həyata keçirilən geniş sosial-iqtisadi islahatlar, qeyri-enerji sektorunun inkişafı, Azərbaycan – Yaponiya münasibətlərinin cari vəziyyəti haqqında danışıb. Azərbaycan rəhbərliyinin COVID-19 koronavirus pandemiyasına qarşı apardığı mübarizə, görülən tədbirlər nəticəsində ölkəmizdə infeksiyanın kütləvi yayılmasının qarşısının uğurla alınması barədə məlumat verib.

N.Yamaquçi də öz növbəsində Yaponiyada COVID-19 pandemiyası ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Təəssüflə bildirib ki, pandemiyanın yayılması Yaponiya iqtisadiyyatına mənfi təsir göstərməklə yanaşı, 2020-ci ildə Tokioda keçirilməsi nəzərdə tutulan Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə nəticələnib.

Oyunların təxirə salınmasına Azərbaycan tərəfinin də təəssüfləndiyini bildirən səfir bu cür möhtəşəm idman yarışının 2021-ci ildə baş tutacağına ümidvar olduğunu vurğulayıb.

Görüş zamanı iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin böyük rol oynadığı da xüsusi qeyd edilib.

Görüşdə Komeyto Partiyasının və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü xanım Kanae Yamamoto da iştirak edib.

Geri dön