Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb

Nərimanov rayonunda “Mercedes” markalı avtomobilin vurduğu piyada ölüb


Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 23-də saat 01 radələrində Nərimanov rayonu ərazisində yolu keçən paytaxt sakini Əlqamət Zeynalovu Bakı şəhər sakini S.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Geri dön