Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələr ölkəmizə gətiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələr ölkəmizə gətiriləcək

Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələr ölkəmizə gətiriləcək


Azərbaycan tarixinə aid alman dilində olan ilk mənbələrin Almaniyadan ölkəmizə gətirilməsi və ana dilimizə tərcümə olunması nəzərdə tutulur.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, yaxın günlərdə Almaniyada saxlanılan ilk mənbələrin öyrənilməsi və ölkəmizə gətirilməsi layihəsi çərçivəsində bir qrup tarixçi Almaniyaya ezam ediləcək.

Almaniyanın elmi-tədqiqat müəssisələri və arxivləri arasında genişləndirilmiş elmi əməkdaşlıq çərçivəsində Azərbaycan tarixinə dair mühüm əsərlərin alman dilinə tərcümə edilməsi planlaşdırılır. Azərbaycan - Almaniya qarşılıqlı əlaqələri tarixinin birgə araşdırılması və birgə elmi konfransların keçirilməsi, gənc tarixçilərimizin Humboldt fonduna namizədliklərinin irəli sürülməsi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Geri dön