Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın şimal-qərb rayonlarının qaz təchizatı dayandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları > Azərbaycanın şimal-qərb rayonlarının qaz təchizatı dayandırılıb

Azərbaycanın şimal-qərb rayonlarının qaz təchizatı dayandırılıb


Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsində fasilə yaranıb. Bölgə sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün saat 09:00 radələrində respublikanın şimal-qərb bölgəsinin rayonlarına (Şəki, Qax, Zaqatala və Balakən) təbii qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı Sahəsində (QİS) APA-ya bölgəyə təbii qazın verilməsinin dayandırılması faktını təsdiqləyiblər. Bölgəyə təbii qazın verilməsində yaranan fasiləyə səbəb Şəki-Cəfərabad Qaz Paylayıcı Stansiyada Şəki orta təzyiqli qaz kəmərində daraldıcı qurğunun dəyişdirilməsi göstərilir. Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin işçiləri təmir işlərinə başlayıb. Təmir işləri sona çatdıqdan sonra bölgəyə təbii qazın verilməsi bərpa olunacaq.

Geri dön