Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri ilə görüşdü.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri ilə görüşdü.

MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiri ilə görüşdü.


Oktyabrın 24-də Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sədri. Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyyətinin və Türkiyə-Azərbaycan dostluq qrupunun üzvü Fərəc Quliyev Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri İsmayıl Alper Coşqunla görüşdü.

Görüşdə siyasi, iqtisadi sahədə münasibətlər, dövlətlərarası münasibətlər sistemində parlament dostluq qrupları arasında əlaqələr, mötəbər beynəlxalq qurumlarda birgə, səmərəli fəaliyyət imkanları, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Dirçəliş Hərəkatı partiyası mətbuat xidməti.

Geri dön