Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > İtaliyada sərnişindaşımada yeni qaydalar qüvvəyə minib
İtaliyada sərnişindaşımada yeni qaydalar qüvvəyə minib |
İyunun 27-dən İtaliyada hava nəqliyyatı üzrə sərnişindaşımada yeni qaydalar tətbiq olunacaq.
Təyyarə bortundakı sərnişin sayına məhdudiyyət qoyulmasa da, aeroporta girişdə və minik zamanı ciddi qaydalar tətbiq olunacaq. Belə ki, hər iki mərhələdə sərnişinin qızdırması ölçüləcək, əgər temperatur 37,5-dən yuxarı olarsa sərnişin aeroport ərazisinə buraxılmayacaq. Bundan əlavə, sərnişin son iki həftədə COVID-19 simptomları olan xəstə ilə ünsiyyətdə olmaması barədə yazılı arayış təqdim etməlidir. Habelə son 8 gün ərzində özündə səhhəti ilə bağlı hər hansı şübhəli vəziyyət müşahidə edibsə, bu barədə aviaşirkətə məlumat verməlidir. Təyyarə bortuna əl baqajı götürmək də qadağan olunub. Sərnişin özü ilə təyyarəyə yalnız qadın və ya kişi əl çantası apara bilər. Digər çantalar baqaja təhvil verilməlidir. Geri dön |