Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DYP: 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > DYP: 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb

DYP: 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb


Ötən gün karantin postlarından 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən bildiriblər ki, iyunun 26-sı saat 00:00-dan iyunun 27-si saat 00:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 80-i rayon, 320-i paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 500-ü rayon, 250-i paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb.

Geri dön