Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qaxın Sarıbaş kəndinə 43 millimetrədək yağıntı düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Qaxın Sarıbaş kəndinə 43 millimetrədək yağıntı düşüb

Qaxın Sarıbaş kəndinə 43 millimetrədək yağıntı düşüb


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyunun 27-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.

Xidmətdən bildiriblər ki, düşən yağışın miqdarı Qaxın Sarıbaş kəndində 43, Qubanın Xınalıq kəndində 6, Qusarda 5, Qəbələ, Xaltan, Qrızda 4, Gədəbəy, Altıağac, Yardımlıda 3, Kişçay (Şəki), Sədərək, Daşkəsən, Şahdağda 2, Tərtər, Bərdə, Zərdab, Ağstafa, Balakən, Gəncə, Şəmkir, Lerikdə 1 millimetrədək olub.

Qərb küləyi Naftalanda 30, Tərtər, Gəncə, Salyanda 28, Şəmkir, Neftçala, Beyləqanda 20, Biləsuvarda 19, Sabirabadda 17, Qazıməmməd, Şəmkirdə 16, Abşeron yarımadasında 20-23, arabir 26 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-29°, Aran rayonlarında 31-34°, dağlıq rayonlarda 25°-dək, Naxçıvan Muxtar Respublikasında 33-35° isti olub.

Geri dön