Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 390 nəfərə çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 390 nəfərə çatıb

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 390 nəfərə çatıb


Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 261 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 139 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 48 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Ağazadə əlavə edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 6 nəfər koronavirusdan dünyasını dəyişib. Beləcə də Qərbi Azərbaycan əyalətində koronavirus qurbanlarının ümumi sayı 389 nəfərə çatıb.





Zəncan əyalətində isə son 24 saatda daha 24 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1484 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 167 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1244 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 344 nəfər Zəncan xəstəxanalarında müalicə alır.





Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 19 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rəis müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 107 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 29 nəfəri reanimasiya şöbəsindədir.





Həmədan əyalətində də hazırda 400 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Həmədan Tibb Universitetinin müavini Mənuçehr Kərəminin mətbuata verdiyi məlumata əsasən, onlardan 147 nəfərinin koronavirus testi pozitiv çıxıb.

O, əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1577 nəfərə çatdığını qeyd edib.

Kərəminin sözlərinə görə, Həmədanda koronavirusdan ölənlərin sayı isə 155 nəfərə çatıb.

Geri dön