Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb

“Quran”ı yandıran amerikalı din xadimi prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb


Bu ilin martında müqəddəs “Quran”ı nümayişkaranə şəkildə yandıran amerikalı yevangelist din xadimi Terri Cons ABŞ prezidentliyinə namizədliyini verəcəyini açıqlayıb. T. Cons Florida ştatının Ceksonvill şəhərində fəaliyyət göstərən WOKV radiosuna müsahibəsində deyib ki, mühafizəkar dəyərlərə inanan bir şəxs olaraq Respublikaçılar Partiyasının namizədlərinə güvənmir. O, seçkiqabağı proqramına dövlət xərclərinin azaldılması, ABŞ ərazisindəki bütün qeyri-leqal miqrantların deportasiyası, eləcə də ölkə xaricindəki əməliyyatlarda iştirak edən Amerika əsgərlərinin vətənə çağırılması kimi müddəalar daxil edəcəyini bildirib.

Geri dön