Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İyul ayında İranın vurduğu Ukrayna təyyarəsinin qara qutusunun oxunması prosesi başlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İyul ayında İranın vurduğu Ukrayna təyyarəsinin qara qutusunun oxunması prosesi başlanır

İyul ayında İranın vurduğu Ukrayna təyyarəsinin qara qutusunun oxunması prosesi başlanır


Rəsmi Paris bununla bağlı yaydığı bəyanatda qara qutunun oxunma prosesinin iyulun 20-dən başlayacağını bildirib.


Fransanın Hava Təhlükəsizliyi Məsələləri üzrə Tədqiqat Mərkəzi rəsmi Tehranın qara qutunun oxunması ilə bağlı onlara göndərdiyi sorğuya müsbət cavab verdiyini bəyan edib. Bununla da, qara qutunun oxunması işini Fransa həyata keçirəcək.


"Reuters" agentliyi isə adını açıqlamadığı kanadalı rəsmiyə istinadən bu ölkənin təyyarədə vətəndaşlarının ölməsi səbəbilə qara qutunun oxunması prosesində iştirak etmək üçün Parisi mütəxəssislər heyəti göndərəcəyi barədə xəbər yayıb.


Digər məlumatlarda isə Amerikanın da prosesə mütəxəssislər heyəti göndərəcəyi deyilir.


Qeyd etmək lazımdır ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski İranı qara qutunu vermədiyinə görə təhdid etmişdi. O bildirmişdi ki, ölkəsi bu məsələyə görə əbədi olaraq İranı gözləmək fikrində deyil və rəsmi Tehrandan beynəlxalq məhkəmələrə şikayət edəcək.

Geri dön