Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Türkiyə ermənilərin törətdiyi soyqırımları birgə araşdıracaqlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan və Türkiyə ermənilərin törətdiyi soyqırımları birgə araşdıracaqlar

Azərbaycan və Türkiyə ermənilərin törətdiyi soyqırımları birgə araşdıracaqlar


Azərbaycan və Türkiyə tarixçiləri ermənilər tərəfindən türklərə və azərbaycanlılara qarşı törədilmiş soyqırımları birgə araşdıracaqlar.Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Türkiyədə də bununla bağlı komissiya yaradılır. Mahmudov məsələ ilə bağlı bu günlərdə Türkiyəyə səfərinin gözlənildiyini bildirib. O deyib ki, Türkiyə və Azərbaycan tarixçiləri birləşərək həm Anadoluda, həm Azərbaycanda soyqırımların tarixini birlikdə araşdıracaqlar.

Alim araşdırmaların nəticələrinin sonda Azərbaycan və türk xalqına, o cümlədən bütün dünyaya təqdim ediləcəyini qeyd edib.

Geri dön