Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “O dönəmdə hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə eyni işlərlə məşğuldurlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “O dönəmdə hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə eyni işlərlə məşğuldurlar”

Fərəc Quliyev: “O dönəmdə hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə eyni işlərlə məşğuldurlar”


Tanınmış telejurnalist, REAL TV-nin rəhbəri Mirşahin Ağayev iyunun 28-də aparıcısı olduğu “Mirşahinin vaxtı” proqramında mərhum prezident Əbülfəz Elçibəy iqtidarı dövründəki müşavirələrin birindən bəzi hissələr yayımlayıb. Həmin müşavirədə Elçibəy bildirir ki, Bakı neftini Azərbaycandan aparıb Ermənistanda satırlar.

ks-prezident bu məsələnin araşdırılması, eyni zamanda, kimlərin düşmən ölkəyə benzin satması barədə hüquq-mühafizə orqanlarına araşdırma aparmaları barədə tapşırıq verib.

Həmin müşavirədə Elçibəy ölkəsində rüşvətxorluğun, talançılığın baş alıb getdiyi barədə də şikayətlənir.

Mərhum prezidentin neftimizin düşmən ölkəyə satılması barədə verdiyi tapşırıqdan sonra araşdırmalar getdimi, bu işlərin arxasından kimlər çıxdı? Bu suallarla o zaman iqtidarda təmsil olunan şəxslərə müraciət etdik.

AXC İcraiyyə Komitəsinin sədri olmuş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, o zaman Əbülfəz bəyin bir xətti var idi, hər şey xalq naminə:

“O zaman məlumat daxil olmuşdu ki, Gürcüstan tərəfi bizdən aldığı yanacaqdan Ermənistana verir. Biz hər hansı bir dövlətin bizdən aldığı yanacağı düşmən tərəfə verməsinin qarşısını almağa, yəni üçüncü tərəfə verilməsinə etiraz edirdik. O vaxt istənilən iqtisadi müqavilə bağlayanda, hər hansı bir mənfəət əldə etmək üçün işlər görüləndə mütləq ana xətt, qırmızı xətt kimi düşmənlərimizin bundan faydalanmaması əsas olaraq önə çəkilirdi. Gürcüstana mütəmadi olaraq, Elçibəy, ondan sonrakı Heydər Əliyev dönəmində, həmçinin indiki dönəmdə də yardımlar olunub. Bu da anlaşılan olmalıdır. İndiki iqtidar da Gürcüstan və ya hansısa dövlətlə bir iş görəndə mütləq o şərti qoyur ki, bizim imkanlarımızdan düşmən dövlət istifadə etməsin. O zaman biznes məqsədilə istifadə olunan bu məsələ haqqında ölkə prezidentinə məlumat verilmişdi. Orada Gürcüstana verilən yanacaq üçüncü tərəfə gedirsə, hətta o sazişə yenidən baxılması istənilirdi. Araşdırma aparıldı. Lakin o zaman hakimiyyət dəyişikliyi baş verdi. Ona qədər başqa faktlar da aşkarlandı. Oğurluqlar, neft xətlərindən, hətta yanacaqdoldurma məntəqələrindən boru çəkilməsi kimi məsələlər aşkar edilmişdi. Xeyli materiallar toplanıb, istintaqa təqdim edilmişdi. Hakimiyyət dəyişikliyi baş verdikdən sonra xəbərim olmadı ki, bunlar davam etdi, yoxsa saxlanıldı”.

Gürcüstana nota məsələsinə gəlincə, partya sədri dedi kİ, o dönəmdə birbaşa Gürcüstanı günahlandırmaq doğru olmazdı: “Amma faktiki Prezident mətbuat qarşısında müşavirədə birbaşa müraciət etmişdi ki, məsələ araşdırılsın. Bundan artığını o vaxt etmək olmazdı”.

Müsahibimiz Elçibəyin rüşvətxorluğun, talançılığın hakimiyyət daxilində olması barədə dediklərinə də münasibət bildirdi:
“Rüşvət həmişə olub. Keçmişdə olub, indi də var, bundan sonra da olacaq. Amma biri də var ki, o hala susasan. Böyük rüşvət, talançılıq deyəndə baxır ki, kim hansı ölçünü götürürdü. 90-cı illərdə 100 min manatın götürülməsi çox böyük rəqəm sayılırdısa, sonrakı dövrlərdə artıq milyonları talamış insanların həbsindən söhbət gedirdi. Hətta baxmışam ki, Heydər Əliyev müşavirələrin birində bahalı saat bağlayanlara irad tutur. Bir misal da çəkmişdi ki, əvvəlki dönəmlərdə hakimiyyətdə olanda bir başçısının qoluna bağladığı saatla əlaqədar araşdırma aparmışdım. Birinci katib olduğu zamanları nəzərdə tutaraq bunu demişdi. Bizim dövrlərdə rüşvətxorluq, talançılıq halları ilə bağlı məlumat daxil olanda araşdırma aparılırdı. Bu istiqamətdə önləyici tədbirlər də görülürdü. Bu gün də ölkə başçısı fərq qoymadan naziri, nazir müavinini, icra başçısını həbs etdirirsə, bu, ortada korrupsiya ilə mübarizədə iradənin olmasını göstərir”.

F.Quliyev dedi ki, Elçibəyi yaxşı tanıdığı, dostu, nə formada prezident olduğunu bildiyi üçün onun yanaşmasına şərh verə bilər: “Elçibəy belə məsələlərdə hətta şübhə olsa belə araşdırılması üçün kəskin mövqe nümayiş etdirən adam idi. Onun dönəmində hökumətə, hakimiyyətə neqativ gətirənlər bu gün də müxalifətdə ”Elçibəy təşkilatı" adı altında eyni işlərlə məşğuldurlar. Onlar Elçibəyin həqiqi komandasının üzvləri deyildilər. Sonradan ona xəyanət edənlərdir. Elçibəyin həqiqi komandası deyəndə Əli Məsimli, Vahid Əhmədov, Sabit Bağırov, Nəcəf Nəcəfov, Arif Əliyev kimi şəxsləri nəzərdə tuturam. Belələri Elçibəyə xələl gətirmirdilər. Elçibəy o zaman bu gün də dövlətə zərər vuranların hökumətə zərər vurduqlarını bilirdi və onları başa salmaq üçün müəyyən tədbirlər görürdü. Cəmiyyət bilsin ki, Elçibəy komandası deyəndə bu gün dövlətə zərər vuranlar onun komandası olmayıblar".

Cavanşir ABBASLI/“Yeni Müsavat”

Geri dön