Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Türkiyə ilə aviasiya əlaqəsini hələlik bərpa etməyəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Rusiya Türkiyə ilə aviasiya əlaqəsini hələlik bərpa etməyəcək

Rusiya Türkiyə ilə aviasiya əlaqəsini hələlik bərpa etməyəcək


Rusiya MDB ölkələri ilə aviasiya əlaqəsini digər ölkələrdən daha tez aça bilər.

Bu barədə jurnalistlərə Rusiyanın Nəqliyyat naziri Yevgeni Ditrix deyib. O qeyd edib ki, məsafə baxımından MDB ölkələri Rusiyaya daha yaxındır və ola bilsin ki, aviasiya uçuşlarına bu ölkələrdən başlansın.

Nazir iyulun 15-dən Türkiyə ilə aviasiya əlaqəsinin bərpa olunacağı barədə xəbərlərə aydınlıq gətirərək vurğulayıb ki, bu barədə hələlik söhbət gedə bilməz. Y.Ditrixin sözlərinə görə, beynəlxalq aviareyslərin açılması epidemioloji vəziyyətdən asılıdır. Rusiya daxilində aviareyslərin nə dərəcədə təhlükəsiz olduğunu müəyyən etdikdən sonra xarici ölkələrə uçuşlar barədə danışmaq olar.

Geri dön